Venesuelanın prezidenti Nikolas Maduro ölkənin büdcə xərclərinin azaldılması istiqamətində prezident komissiyası yaradıb. SİA xəbər verir ki, Venesuela prezidenti bu barədə ölkənin dövlət televiziyasındakı çıxışında deyib. Maduro ABŞ hökumətini ittiham edərək bildirib ki, amerikalılar nefti vəhşi üsullarla əldə edir və bu amil bilavasitə Venesuela ilə Rusiyanın iqtisadiyyatına vurulan zərbə kimi qiymətləndirilməlidir.
Venesuela prezidenti ölkə televiziyasındakı çıxışında vurğulayıb ki, yaradılacaq komissiya ona nazirlərin, nazir müavinlərinin, o cümlədən digər dövlət rəhbərliklərinin maaşlarında ediləcək ixtisarlar barədə planlarını təqdim etməlidirlər. Nikolas Madura bu tədbiqin başqa dövlət strukturlarına da örnək olacağını deyib.
Venesuela prezidenti söz verib ki, neftin qiymətinin ucuzlaşması gələcəkdə ölkənin sosialyönümlü proqramlarının icrasına heç bir mənfi təsir göstərməyəcək.
Qeyd edək ki, ötən həftə Venesuela neftinin orta barrel qiyməti son 4 ildə 70 dollardan aşağı düşərək, ucuzlaşıb.
Madura Venesuela neftinin bir barrelinin100 dollara satılacağını da bildirib: "Hələlik biz bunu etməyə imkan tapmamışıq, ancaq neftin ədalətli qiymətinin 100 dollar təşkil edəcəyinə qaldıracağımıza inanırıq".
Xatırladaq ki, Venesuela rəsmi mənbələrə görə, sutkada 3 milyon barrel neft istehsal edir. Bu rəqəmin 2,5 milyonu xüsusilə, ABŞ-a və Çinə idxal edilir. Bu isə Venesuelanı dünyanın beşinci neft idxalçısı ölkəsinə çevirib. Eyni zamanda, bu Cənubi Amerika ölkəsi dünyada ən çox neft ehtiyatına malik olan ölkələr sırasında yer alıb. Bu rəqəm təqribən 300 milyard barreli təşkil edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB