Ukrayna Dövlət Aviasiya Xidməti Rusiyanın "Aeroflot" və "Transaero" aviaşirkətlərinin bu ölkənin Xarkov və Dnepopetrovsk şəhərlərinə olan uçuşlarına qadağa qoyub. SİA xəbər verir ki, bu barədə Rusiyanın itar-tass xəbər agentliyi informasiya yayıb. Məlumatda bildirilir ki, adları çəkilən aviaşirkətlərə qoyulan qadağa Xarkov şəhərinə görə, noyabrın 29-dan, Dnepropetrovska görə isə dekabrın 1-dən qüvvəyə minir. Məlumatda o da qeyd edilib ki, qadağalara məruz qalan yalnız Rusiyanın deyil, eləcə də Ukraynanın da bir neçə aviaşirkətidir.
"Aeroflot"-un mətbuat xidməti də bu qadağaların tədbiq olunmasını inkar etməyib və əlavə bəyanat verməkdən yayınıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB