Hansı şəhərdə bığlı kişilərin qadınları öpməsi qadağandır?

Dünyada ən qəribə qadağalar
Hansı şəhərdə bığlı kişilərin qadınları öpməsi qadağandır?

1. Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi qadağandır.

2. ABŞ-ın Kentukki ştatında eyni kişi ilə dörd dəfə evlənib boşanmaq qadağandır.

3. İtaliyada göyərçini yemləmək qadağandır. Belə bir qanunun qəbul edilməsinə səsə isə göyərçinlərin tarixi məkanları zibilləməsidir. Qanunu pozmaya görə, cərimələrin miqdarı şəhərlərdən asılı olaraq dəyişir. Bu qanunun ən qatı olduğu yer Venesiyadır. Göyərçini yemləyən şəxs 50-600 dollar arası cərimə ödəməlidir.

4. Almaniyada avtomobilin yanacağının qurtarması səbəbiylə yolda qalması qanunlara ziddir. Çünki, bu ölkədə avtobanda dayanmaq qadağandır. Qanuna görə, əgər maşını saxlayıb yolunuza piyada davam etmək də qadağandır. Çünki, Almaniyada avtobanda piyada hərəkət də qadağandır.

5. ABŞ-ın Alyaska ştatında bir ayını şəkil çəkdirmək üçün yuxudan oyandırmaq qadağandır.

6. ABŞ-ın Alabama ştatında motosikletçi şalvarının arxa cibində dondurma gəzdirməsi, Kasper şəhərində isə bir kişinin yoldaşını barmağından qalın çubuqla döyməsi qadağandır.

7. ABŞ-ın Cənubi Dakota ştatında ağ dərili öz evində və ya ərazidə beş nəfərdən artıq hindu görərsə, öldürə bilər. Çünki bu ştatda hindular "təcavüzkar" kimi qəbul edilir. Bundan başqa ştat ərazisindəki pendir fabriklərində yatmaq qadağandır.

8. ABŞ-ın Merilend ştatında aslanı kinoya aparmaq, Okean Citi-də isə üzərkən yemək yemək qadağandır.

9. Eureka şəhərində bığlı kişilərin qadınları öpməsi qadağandır.

10. ABŞ-ın Arkanzas ştatında ərin yoldaşını ayda bir dəfə döyməsi normal, bir dəfədən artıq döyməsi isə qadağandır.

11. Fransada donuzlara Napalyon adının verilməsi qadağandır.

12. Çində intellektual olmayanların kollecə daxil olması qadağandır.

13. İngiltərədə qadınların ictimai nəqliyyatda şokolad yeməsi qadağandır.

14. İtaliyada kişilərin ətək geyinməsi qadağandır. Hətta buna görə onları həbs də etmək olar.

15. İsveçrədə bazar günləri paltar yuyub asmaq qadağandır.

Bütün xəbərlər Facebook səhifəmizdə