Fergüsondakı iğtişaşlardan sonra amerikanlar kütləvi surətdə silah almağa başlayıb
Amerikalılar silahlanır

ABŞ-ın Missuri ştatında yerləşən Fergüson şəhərindəki iğtişaşlar ətraf şəhərlərin bir çox sakinini odlu silah almağa vadar edir. Rusiyanın NTV telekanalı xəbər verir ki, Sent-Luis yaxınlığındakı taktiki təlim poliqonundan verilən məlumata görə, əvvəllər gün ərzində 3-5 ədəd odlu silah satılırdısa, son bir neçə həftə ərzində silah satışı gün ərzində 20-30 ədədə qədər artıb. Ötən çərşənbə axşamı isə 33 tapança və 18 min sursat satışı qeydə alınıb. Silah alıcıların əksəriyyəti Fergüson şəhərində başlayan və digər bölgələrə yayılan iğtişaşlardan təşvişə düşən əhalidir.

Son məlumatlara görə, ABŞ-da baş verən və onlarla ştatı və şəhərləri bürüyən etiraz aksiyaları zamanı həbs olunanların sayı 400 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə