ABŞ-da zənci gənci öldürən polis haqqında təqib olunmamaq qərarı verilməsinin ardından başlayan nümayişlərdə yüzlərlə aksiyaçı nəzarət altına alınıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-da silahsız zənci gənci öldürən polis məmuru Darren Vilsonun mühakiməyə gərək görülməməsi qərarının ardından başlayan etirazlar, üçüncü gündür ki, davam edir. Hadisələrin mərkəzindəki Fergusonda soyuq hava, "Şükran Günü" tətili və Milli Keşikçilər Birliyi əsgərlərinin sıx tədbirləri səbəbindən az sayda nümayişçi polis mərkəzinin qarşısında toplanıb. Nümayişçilər vaxtaşırı olaraq təhlükəsizlik qüvvələrinə söz ataraq çaxnaşma yaratmaq istəyib. Bundan başqa onlar nəqliyyatı dayandırmaq üçün yolu bağlayıb və polis aksiyaçıları dağıtmaq məcburiyyətində qalıb. Nəticədə, 3 aksiyaçı nəzarət altına alınıb.
Ferguson polis mərkəzi qarşısında gözləyən az sayda göstərici isə gecə yarısı sakit bir şəkildə dağılıb. Etirazların təşkil edildiyi Los Angelesdə isə Federal Məhkəmə qarşısında toplanan nümayişçilər şəhər mərkəzinə doğru irəliləyib. Nəticədə burada da nümayişçilər şəhər mərkəzindəki nəqliyyatı bir müddət bağlayıb.
Qeyd edək ki, polis yolun açılması xəbərdarlığına cavab verməyən kütləyə müdaxilə edərək 100-dən çox etirazçını həbs edib və qrupu dağıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB