İranın "altılıq" ölkələri ilə (BTM Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) Vyanada apardığı Tehranın nüvə siyasətinə dair müzakirələrin aparılması hazırda beynəlxalq siyasətdə gündəmdə olan əsas məsələlərdəndir.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani Vyana danışıqlarını şərh edib. "Altılıq" ölkələri ilə bağlı "İRİB-1" telekanalına danışan H. Ruhani bildirib ki, rəsmi Tehranla "Altılıq" ölkələri arasında yaxınlaşma hiss olunur: "Nəticədə razılığa əməl olunmasa da, tərəflər bu razılığa gedən yolda əhəmiyyətli şəkildə irəliləyiblər. Mən bu danışıqları əhəmiyyətli addım kimi qiymətləndirirəm. Hər halda, biz böyük qələbəyə nail olduq. Qərb ölkələri dərk etdi ki, bizimlə olan problemləri yalnız danışıqlar yolu ilə həll etmək olar".
H. Ruhani onu da qeyd edib ki, Qərb dövlətləri İranın sanksiyaları ləğv etmək tələbinə hörmətlə yanaşmağa başladı: "Uranın zənginləşdirilməsinə və ölkə ərazisində yanacağın istehsalına bizim haqqımızın olduğu tanınıb. Bizim şirkətlərimiz və Qərb biznesi deyir ki, İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsindən başqa yol yoxdur. Biz ardıcıl olaraq bu məhdudiyyətlərin ləğvinə nail olmaqdan ötrü səy göstərəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB