Türkiyə Mədəniyyət Günləri çərçivəsində foto-sərgilərin açılış mərasimi olub
Bu gün Muzey Mərkəzində "Əl sənətləri", "Qadın Başlığı" və "Türkiyədən Rənglər" foto-sərgilərinin açılış mərasimi olub. SİA-nın verdiyi məlumata görə, sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Sərginin açılışında iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərgi Türkiyənin Azərbaycanda keçirilən mədəniyyət günləri çərçivəsində baş tutduğunu diqqətə çatdırıb: "Sərgidə çox gözəl foto-əsərlər, əl işləri nümayiş olunur. Mədəniyyət günləri çərçivəsində digər tədbirlər də baş tutacaq. Bu günlər hər kəsin yaddaşında xoş xatirələrlə qalacaq".
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxış edərək Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin keçirilməsini iki ölkə arasındakı mədəni əlaqələrin inkişafı baxımından əlamətdar hadisə olduğunu söyləyib: "Ötən gün mədəniyyət günlərinin açılışında Türkiyənin mədəniyyət və turizm naziri də vurğuladı ki, bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi bizim üçün qürurvericidir. Eyni fikirləri mən də bölüşürəm və hər kəsdən xahiş edirəm ki, bizim rəssamların və sənətçilərin əl işləri ilə daha çox insan tanış olsun. Düşünürəm ki, keçirilən mədəniyyət günləri iştirak edənləri heyran edəcək".
Qeyd edək ki, sonda foto-əsərlər, əl işlərindən ibarə sərgi nümayiş olunub. Sərgi noyabrın 27-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB