Niderlandın quşçuluq fabriklərində həftə ərzində üçüncü dəfə quş qripi virusu aşkarlanıb. Ölkənin İqtisadiyyat Nazirliyi virusun Zvolle şəhəri yaxınlığında yerləşən Kamperveendəki fabrikdə qeydə alındığını bildirib.
Avropa İttifaqının qanunlarına əsasən fermadakı 10 min toyuğun hamısı məhv ediləcək. Kamperveenin 10 kilometr radiusunda yerləşən 30-dan çox quş fabrikində də yoxlamalara başlanılıb. Xəstəliyin aşkar edildiyi ərazidə ev quşlarının, onların yumurtasının və virusun yayılmasına səbəb ola biləcək hər şeyin daşınmasına 72 saatlıq qadağa qoyulub.
Bundan əvvəl quş qripinin aşkarlandığı daha iki quşçuluq fabrikində 200 min toyuq məhv edilmişdi.
Keçən həftə quş qripi virusu, həmçinin Almaniya və böyük Britaniyada da qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB