Yaponiyanın mərkəzindəki Naganoda 6,8 bal gücündəki zəlzədən sonra sunami ilə bağlı fövqəladə hal elan edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yaponiya Meteorologiya Agentliyi zəlzələnin Nagano şəhərində meydana gəldiyini bildirib. Zəlzələdən sonra sunami həyəcan siqnalı verilməyib. ABŞ Geoloji Araşdırma Mərkəzi, yerin 10 kilometr dərinliyində meydana gələn zəlzələnin böyüklüyünü 6,2 olaraq açıqlayıb. İlkin araşdırmalara görə, zəlzələdə can ya da mal itkisi olmayıb. Yaponiya mətbuatındakı xəbərlərdə, zəlzələdən sonra bölgədə sürət qatarı səfərlərinin təxirə salındığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB