Yaponiyanın Baş naziri Şinzo Abe gələn ilin oktyabrına planlaşdırılan istehlak vergisinin artırılmasını təxirə salacağını və bu barədə qərarın cəmiyyət tərəfindən dəstəklənməsi məqsədilə növbədənkənar seçkilər keçirəcəyini bəyan edib.
Şinzo Abe bu barədə noyabrın 18-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Baş nazir bildirib ki, istehlak vergisinin artırılması 2017-ci ilin aprelinədək təxirə salınacaq. Noyabrın 21-də isə parlamentin aşağı palatası buraxılacaq və növbədənkənar seçkilər təyin olunacaq.
Vüqar Ağayev, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB