Noyabrın 18-də Vyanada İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair danışıqların yekun raundu start götürüb. Noyabrın 24-dək davam etməsi nəzərdə tutulan danışıqlarda "5+1" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) və İran arasında on ildən artıq davam edən mübahisəli nüvə proqramına dair yekun saziş müzakirə ediləcək.
Danışıqlarda ABŞ-ın dövlət katibi Con Kerri, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı gözlənilir.
Danışıqların sonunda İranın nüvə proqramından dinc məqsədlər üçün istifadəsini və əvəzində bu ölkəyə qarşı iqtisadi sanksiyaların yumşaldılmasını təmin edən saziş imzalanmalıdır.
ABŞ rəsmiləri bu həftə danışıqlar prosesini yekunlaşdırmağa çalışsa da, İran tərəfi danışıqlar öncəsi Qərbi yüksək tələblər irəli sürməməyə çağırıb və məsələnin həllində İran xalqının maraqlarının nəzərə alınmalı olduğunu bildirib./azərtac/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB