Dünyanın ən böyük bilbordu quraşdırılır

Dünyanın ən böyük bilbordu quraşdırılır

Bu həftə Nyu-Yorkun məşhur hissəsi sayılan Tayms-skverdə dünyanın ən böyük və ən bahalı reklam bilbordu işə düşəcək. SİA-nın məlumatına görə, bununla bağlı "The New York Times" qəzeti xəbər verib. Ekranın hündürlüyü səkkizmərtəbəli binanın hündürlüyü qədər, uzunluğu isə futbol meydançası ölçüsündədir. Bu, dünyada ən böyük reklam lövhələrindən biri olacaq.

Qəzet yazır ki, nəhəng displey təxminən 24 milyon LED-pikseldən ibarətdir. Ekranın keyfiyyəti ən müasir televizordan daha yüksək olacaq. Bilbordun reklam qiymətləri də yüksəkdir. Burada 4 həftəlik reklam yerləşdirmək 2,5 mln. dollar olacaq.

Sabahdan displeydə "Universal Everything" studiyasının yüksək rəqəmsal sərgisi, sonra isə Google-nin eksklüziv reklamçılarının layihələri reklam ediləcək. Reklam yerlərinin satışı ilə "Clear Channel Outdoor" şirkət məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə