Avstraliyanın Brisben şəhərində bu gün dövlət başçılarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə G20 Sammiti işə başlayıb. Zirvədə iştirak edən Türkiyənin baş nazir müavini Əli Babacan gələn il G20 sammitinin Antaliyada təşkil olunacağını açıqlayıb.
Əli Babacan Antalyada keçiriləcək zirvə görüşündə qlobal iqtisadiyyat, inkişafın gücləndirməsi və yeni iş yerlərinin yaradılması kimi mövzuların müzakirə olunacağını bildirib.
Türkiyənin ev sahibliyi edəcəyi zirvə görüşündə ilk dəfə KOBİ-lərin yəni kiçik sahibkarlıqla məşğul olanların iş fəaliyyətlərinin də müzakirəsi nəzərdə tutulacaq.
"Artıq bayrağı təhvil almağa hazır bir ölkə olaraq masa başında otururuq" deyən Babacan, Türkiyə tərəfindən qurulan B-20 qrupunun ilk toplantısının da 15 dekabrda İstanbulda keçiriləcəyini qeyd edib.anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB