Antarktida böyük ozon dəliyi yaranıb

Antarktida böyük ozon dəliyi yaranıb

Yaponiyanın meteoroloji idarəsinin məlumatına görə Antarktida üzərindəki ozon dəliyi materikin ölçüsündən 1,7 dəfə böyükdür. TASS informasiya agentliyi xəbər verir ki, Yaponiyalı mütəxəssislər Antarktida üzərindəki ozon dəliyinin bu il avqust ayında əmələ gəldiyini və sürətlə böyüməyə başlayaraq sahəsinin 23,4 milyon kvadratkilometrə çatdığını bildiriblər.

Yaponiya meteorologiya idarəsindən bildirirlər ki, zərərli qazların havaya atılması tədricən azalsa da, ozon dəliyinin həcmi ən azı bu əsrin ortalarınadək 1980-ci il səviyyəyə qayıtmayacaq. Ozon dəliyi havaya atılan freon kimi zərərli qazların təsiri ilə ozon qatının dağılması nəticəsində yaranır və avqustdan dekabr ayınadək olan dövr ərzində formalaşır. Meteoroloqlar ozon dəliklərin ölçüsünün hər il azalmasının müsbət tendensiyasını qeyd etsələr də, prosesin həddən artıq ləng getdiyini deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə