Serbiya və Albaniya arasındakı siyasi böhran baş nazirlər səviyyəsində də özünü göstərib. Albaniya liderinin son 68 ildə Serbiyaya ilk rəsmi səfərinə iki ölkənin baş nazirləri arasında yaranmış mübahisə kölgə salıb.
Televiziya ilə canlı yayımlanan tədbir zamanı Albaniya Baş naziri Edi Rama Kosovonun müstəqilliyinin "danılmaz" olduğunu deyib. Serbiya Baş naziri Aleksandar Vucic isə bunu "fitnəkarlıq" adlandırıb.
Albaniya Baş nazirinin Serbiyaya səfəri ötən ay Avropa çempionatının seçmə mərhələsinin matçında iki ölkənin milli yığmaları arasında baş verən toqquşmadan sonraya təsadüf edib. Səfər həmin toqquşmadan sonra iki ölkə arasında yaranmış gərginliyi aradan götürmək məqsədi də güdüb. Lakin Edi Ramanın Kosovonun müstəqilliyinin "danılmaz" və ona "hörmətlə yanaşılmalı" olduğunu deməsi yenə aranı qarışdırıb.
"Müstəqil Kosovo Avropada və regionda danılmaz reallıqdır və buna hörmət edilməlidir", - deyə Edi Rama vurğulayıb. Bu sözlərə Aleksandar Vucic dərhal reaksiya verib: "Mən belə fitnəkarlıq gözləmirdim. Albaniyanın Kosovo ilə nə işi? Kosovo Albaniyaya məxsus deyil və heç zaman olmayıb".
Sonuncu dəfə Belqrada 1946-cı ildə səfəri Albaniyanın o zamankı rəhbəri Ənvər Xoca Yuqoslaviya lideri Josip Broz Titonun dəvətilə etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB