Misirdə parlament seçkiləri martda keçirilə bilər

Misirdə parlament seçkiləri martda keçirilə bilər

Misirdə parlament seçkiləri gələn ilin martına qədər keçirilə bilər. Yerli KİV-lər Misir dövlətinin başçısının rəsmi nümayəndəsi Alya Yüsifə istinadla xəbər verir ki, Prezident Əbdül Fəttah əs-Sisi bu barədə amerikalı iş adamları ilə görüşündə məlumat verib.

Misir Prezidenti vurğulayıb ki, Misirdə seçkilər qarşıdan gələn beynəlxalq iqtisadi konfransa qədər keçirilə bilər. Konfrans gələn ilin birinci rübünə nəzərdə tutulub. Prezident dəftərxanasının rəsmi nümayəndəsi vurğulayıb ki, dövlət başçısı yeni konstitusiyanın qəbul olunmasını və prezident seçkilərini nəzərdə tutan gələcəyin "yol xəritəsi"nin ilk iki mərhələsinin uğurla başa çatdığını və üçüncü mərhələni başa çatdırmaq - parlament seçkiləri keçirmək niyyətində olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə