ABŞ və Avropa İttifaqı şərqi Ukraynada separatçı döyüşçülərin çoxalması barədə məlumatlara görə narahatlıqlarını bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Donetsk şəhərinin ətrafında artilleriya atəşindən sonra gecə güclü bombalama olaraq atəşkəs rejimi pozulub. Narahatlıqların yaranmasına səbəb isə şəhər yaxınlığında ağır silah, tank və döyüşçü daşıyan karvanların hərəkət etməsi olub. Rusiya separatçı üsyançıları silahla təmin etməsi barədə iddiaları inkar edib.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Federica Mogherini baş verənlərin narahatedici hal olduğunu deyib: "Ukraynada separatçıların idarə etdiyi ərazilərdə böyük məbləğdə ağır silah, tanklar və əsgərlər daşıyan işarəsiz karvanların qərbə doğru irəliləməsi barədə ATƏT-in Xüsusi Monitorinq Missiyasının məlumatları çox narahatedici bir hadisədir".
Ağ Ev isə xəbərdarlıq edib ki, rusiyapərəst üsyançıların yeni əraziləri zəbt etmək barədə hər hansı cəhdləri sentyabrda Minskdə imzalanan atəşkəs sazişinin "açıq-aşkar pozması" demək olardı.
Qeyd edək ki, Rusiyapərəst separatçılar Donetsk və Luhansk regionlarını zəbt edəndən sonra aprel ayında başlayan döyüşlər nəticəsində 4000-dən çox adam həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB