Bu gün Türkiyə Cumhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 76-cı ildönümüdür. SİA-nın məlumatına görə, Türkiyənin bir çox bölgəsində ildönümlə bağlı olaraq rəsmi mərasimlər təşkil edilir. Atatürkün məzarı olan "Anıtkabir"də bu gün səhər saatlarından etibarən anım yürüyüşü həyata keçirilib. Mərasimə Prezident Rəcəb Tayyib Ərdoğan qatılıb. Prezidentlə birlikdə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazir Əhməd Davudoğlu, Konstitusiya Məhkəməsini sədri Haşim Kılıç, Ordu Generalı Nəcdət Özəl, Cumhuriyyət Xalq Partiyası idarə heyətinin sədri Kamal Kılıçdaroğlu, Baş nazir yardımçıları, digər partiya və dövlət qurumlarının nümayəndələri yürüyüşdə iştirak edib.
Məlumat üçün bildirək ki, Türkiyənin Antalya şəhərində 38 ölkənin qatılımı ilə keçirilən Beynəlxalq Media Proqramının iştirakçılarının yerləşdirildiyi oteldə də anım lövhəsi yerləşdirilib. İldönümlə bağlı tədbir keçiriləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB