Kataloniyada 80 % əhali rəy sorğusu keçirməklə İspaniyanın bu muxtar vilayətin müstəqil olmasını istəyib. SİA xəbər verir ki, bu barədə Kataloniya hökumətinin başçısının müavini Joana Orteqa məlumat verib. Onun sözlərinə görə, hələlik əhalinin suverenlik üçün səs verdiyi bülletenlerdəki 88,44 % -i hesablanıb. O, qeyd edib ki, yerdə qalan nəticə bazar ertəsi (bu gün-red.) məlum olacaq. Sorğu səsvermələrində 2,25 milyon insanın iştirak etdiyi bildirilir. Bülletenlərdə iki sual qoyulub. Birincidə "Kataloniyanın dövlət olmasını istəyirsinizmi?", ikincidə isə "Bu dövlətin müstəqil olmasını istəyirsinizmi?" sualı qoyulub. Səs verənlərdən 80,72%-i (təqribən 1,65 milyon insan) verilən suallların hər ikisinə "hə" cavabı verib. 10,11 %-i isə birinci suala müsbət cavab versə də, ikinci suala "yox" cavabını veriblər. Əlavə olaraq, 4,55% kataloniyalı birinci suala "yox" cavabını veriblər.
"Bazar günü keçirilən sorğu seçkisində kataloniyalılar bir daha göstərdilər ki, onları özləri öz talelərini və müqəddəratlarını həll etmək istəyindədirlər", Bu fikirləri isə yerli hökumətin rəhbəri Artur Mas bildirib. O, eyni zamanda İspaniya hökumətinə çağırış edib ki, Kataloniyanın suverrenliyi üçün referendumun keçirilməsinin vaxtı çatıb. Sitat: "Keçirilən sorğu İspaniya hökumətinə iki məsələni çatdırır. Kataloniyalılar özləri öz ölkəlrini idarə etmək istəyirlər və talelərini də özləri müəyyənlləşdirmək qənaətindədirlər. Ona görə də mən İspaniya hökumətinə müraciət edərək, onlrı referendum keçirməyə çaırıram. Necə ki, daha öncə bu, Şotlandiyada, daha öncə isə Kvebekdə baş tutmuşdu".
Lakin İspaniya hökuməti kataloniyalıların bu tələblərini tezliklə reallaşdırmaq fikrindən uzaq olduğunu nümayiş etdirib. Belə ki, krallığın ədliyyə naziri Rafael Katala bazar günü bəyan edib ki, hökumət Kataloniyada suverenlik istiqamətində keçirilən rəs sorğusunu lazımsız və heç bir hüquqi nəticə verməyən hal kimi qiymətləndirib: "Mövcud rəy sorğusu muxtar vilayətin əhalisinin aldadılmasına yönəlmiş addımdır. Bu İspaniyanın parçalanmasına və kataloniyalıların çağqınlığına doğru atılmış yanlış addımdır". O, həmçinin qeyd edib ki, İspaniyanın baş prokurorluğu artıq rəy sorğusu ilə bağlı vəziyyəti araşdırır və lazım gələrsə, cinayət işi də qaldırılacaq.
Qeyd edək ki, rəy sorğusunun keçirilməsi İspaniyanın konstitusiya məhkəməsi tərəfindən qanunsuzluq kimi qadağan edilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB