Dünyanın ən qəribə qəbirstanlığı

Dünyanın ən qəribə qəbirstanlığı

Peru ərazisində yerləşən Çauçilla dünyanın ən qəribə qəbirstanlığı hesab olunur. SİA-nın məlumatına görə, Naska səhrasından yarım saatlıq məsafədə yerləşən qəbiristanlığı insanlar müxtəlif növ mistik şəkillər hesabına tanıyırlar.

Burada sirli və açmasını gözləyən tapmacalar çoxdur. 20-ci əsrin əvvəlində kəşf edilən qəbiristanlıqda arxeoloqlar 700 yaşı olan qəbir tapıblar. Sonuncu qəbir 19-cu əsrə aiddir.

Bu qəbristanlığın digərlərindən fərqi çoxdur. Əsas fərq insanın basdırılması qaydasıdır. Bütün ölən şəxslərə "oturaq" forma veriblər. Eyni zmanda mərhumun siması xoşbəxt və gülərüzlüdür. Sanki, ölülər yaşadıqları həyatdan narazı deyillər və hər kəsi bura dəvət edirlər.

Cəsədlər mumyalanmasa da çox yaxşı vəziyyətdə qalıblar. Alimlər hesab edir ki, buna səbəb Perunun mövcud quru iqlimidir. Cəsədlər üzərində aparılan araşdırma zamanı məlum olub ki, xüsusi ritual zamanı ölünün əyninə təmiz pambıqdan paltar geyindirilib. Hətta üzərindən əsrlər keçməsinə baxmayaraq paltarlar öz keyfiyyətini itirməyib. Ən maraql fakt odur ki, ölən şəxslərin saçları necə var elə də qalıb. Qəbirlərin ətrafı təmiz gildən düzəldilən kərpicdən hörülüb. Məhz buna görə, heç bir bakteriya və ya həşarat cəsədə ziyan vura bilməyib.

Qeyd edək ki, mərhumlar şəxsi əşyaları ilə birgə dəfn ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə