Məşhur CNN kanalının efirində gedən səhv hamını şoka salıb
Obama səhvən "öldürüldü"

Məşhur CNN kanalının efirində gedən səhv hamını şoka salıb. SİA-nın anspress-ə istinadən verdiyi məlumata görə, telekanal səhvən ABŞ prezidenti Barak Obamanın öldürüldüyü xəbərini verib. Belə ki, Obamanın dəniz piyadaçısı tərəfindən öldürüldüyü qeyd olunan titrlər canlı yayımlanıb.

Müvafiq screenshotu "BuzzFeed"in müxbiri Con Passantino "Twitter"də yayıb.

Məlum olub ki , CNN "Əl-Qaidə" lideri Usamə bin Laden ilə Barak Obamanı səhv salıb. Telekanal rəhbərliyinin rəsmən üzr istəyəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə