Cənubi Koreyadan Şimali Koreyaya hava şarı mesajı QARŞIDURMA

Cənubi Koreyadan Şimali Koreyaya hava şarı mesajı QARŞIDURMA

Cənubi Koreyenın qeyri-hökumət təşkilatı olan "Şimali Koreyanın Azadlığı Uğrunda İttifaq" təşkilatı Şimali Koreyanın (KXDR) hava məkanına hava şarları uçurdub. SİA xarici mətbuata istinadən xəbər verir ki, həmin hava şarlarında Şimali Koreya xalqına və rəhbərliyinə təbliğat mesajları yerləşdirilib. Lakin KXDR hökuməti bu tipli təbliğat materiallarının silahlı qarşıdurmaya səbəb olacağını bildirib. Digər tərəfdən hava şarlarının buraxılması istiqamətində öncədən heç bir məlumat verilməyib. Bu baxımdan KXDR rəhbərliyi bəyan edib ki, əgər bu hal növbəti dəfə təkrarlanarsa, silahlı qüvvələr hava şarlarının buraxıldığı nöqtələrə raket zərbələri endirəcəklər. Belə ki, ötən ay sözügedən aksiya reallaşdırılarkən, Şimali Koreyanın silahlı qüvvələri zenit artileriya qurğuları vasitəsilə onları vurmağa cəhd etmişdi. Həmin vaxt iri kalibrli güllələr Cənubi Koreyanın yaşayış məntəqələri ərazisinə düşmüşdü.

Qeyd edək ki, hava şarları vasitəsilə göndərilən təbliğat materialları Cənubi Koreyanın Şimali Koreya ilə həmsərhəd olan Padju şəhərindən havaya buraxılmışdı. Hava şarları vasitəsilə 300 min təbliğat xarakterli mesajlar KXDR ərazisinə keçmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə