ABŞ Prezidenti Barak Obama respublikaçıların qələbəsi ilə başa çatan aralıq səsvermələrin nəticələri bəlli olduqdan sonra keçirdiyi ilk mətbuat konfransında son iki il ərzində Konqreslə əməkdaşlığa mümkün qədər hazır olduğunu bildirib. AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, bunu normal qəbul etdiyini deyən Barak Obama xalqın həmrəy olduğu məsələlərdə Konqreslə birgə işləyə biləcəyini və respublikaçıların öz fəaliyyət proqramlarını irəli sürəcəyini gözlədiyini qeyd edib.
ABŞ Prezidenti respublikaçılarla işlərin əsas istiqamətinin Ebola virusu və İŞİD qruplaşması ilə mübarizə olacağını və cümə günü Ağ evdə Konqresin yeni heyəti ilə bu məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB