Şərqi Ukraynada məktəb ərazisinə artilleriya mərmisinin düşməsi nəticəsində məktəbin həyətində futbol oynayan iki yeniyetmə ölüb və 4 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Donetsk aeroportu yaxınlığında yerləşən məktəbə hücum atəşkəsin pozulması barədə ittihamlardan sonra edilib. Xəsarət alan yeniyetmələrin xəstəxananın reanimasiya bölməsinə yerləşdirildiyi bildirilib.
Artilleriya mərmisi Ukraynanın ən zəngin adamı, milyarder Rinat Axmetovun Humanitar Fondu tərəfindən ötən il təmir edilərək istismara verilmiş məktəb ərazisinə düşüb.
Ötən ay strateji əhəmiyyətə malik Donetsk aeroportuna nəzarət uğrunda üsyançılarla Ukrayna qüvvələri arasında şiddətli döyüşlər aparılıb. Son günlər Donetskdə baş verən qarşılıqlı həmlələrdə isə ən azı bir adamın öldüyü və bir neçə nəfərin yaralandığı bildirilib.
BMT-nin açıqladığı rəqəmlərdə hökumət qüvvələri ilə şərqi Ukraynadakı rusiyapərəst üsyançılar arasında aprel ayında başlayan qarşıdurmalarda 4 mindən artıq adamın öldüyü göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB