Hazırda Türkiyədə onlar barəsində araşdırmalara başlanılıb
PKK-çılar təslim oldu

PKK terror təşkilatının 8 üzvü Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub. Şırnakda terror təşkilatından qaçan 6-sı 18 yaşından kiçik 8 nəfərin təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilir.

Şırnak valiliyindən verilən açıqlamada bildirilir ki, PKK-nı tərk edərək qaçanlar Silopi mahalı yaxınlığında təklükəsizlik qüvvələrinə təslim olublar. Təslim olunan şəxslərin kimliyi açıqlanmasa da, onlar barəsində araşdırmalar başlayıb.

Qeyd edək ki, 2013-cü ilin martın 21-dən indiyə kimi PKK-dan qaçıb təslim olunanların sayı 419-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə