Jurnalistlər Baş nazirin müavini ilə görüşdü

Jurnalistlər Baş nazirin müavini ilə görüşdü

Bu gün Antalyada keçirilən Beynəlxalq Media Təhsili Proqramında növbəti görüş baş tutub. SİA-nın məlumatına görə, görüşdə çıxış edən Türkiyənin baş nazirinin müavini Yalçın Akdoğan proqramla əlaqəli danışaraq iştirakçılara uğurlar arzu edib: "Bu gün burada müxtəlif ölkələrdən iştirakçılar var. Monqolustandan Azərbaycana qədər, Balkanlardan Afrikaya qədər olan coğrafiyada dost və qardaş ölkələrin nümayəndələrini görməkdəyik".

TRT-nin dünya mediasında tutduğu yerdən danışan Yalçın Akdoğan yeni texnologiyaların televiziyaya tətbiqindən danışıb: "Artıq TRT dünyada ən böyük qurumlardan biridir. 1990-cı illərdən başlayaraq, özəl yayımı həyata keçiririk. Televiziyanın qurulduğu ilərdə pultlu televiziyaları belə xəyal etmirdik. Lakin dünya mediyasının son illərdə köklü dəyişikliyə uğraması ilə türk mediasında da dəyişiklər olub. Beləliklə, Türkiyə mediası günümüzdə dünya mediası içərisində öz yerini tutmaqdadadır".

Baş nazirin müavini deyib ki, bütün bunlara baxmayaraq, mediyanın əks təsirlərini də görməkdəyik: "Ailələrdə qopmalar müşahidə olunur. İnformasiya artdıqca insanlar arasında ünsiyyət azalır. Yeni nəsil ortaya çıxmağa başlayır. Yəni mediya insanı eyniləşdirir. Buna baxmayaraq yeni nəsli diqqətə almaq almaq lazımdır. Artıq dünya rəqəmsal yayıma keçib. Biz də analoq yayımından rəqəmsəl yayıma keçirik. TRT ictimai yayımçılıqla məşğul olan bir qurumdur. Biz bu ictimai yayımda gələn ildən etibarən rəqəmsal yayıma keçəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə