132 nəfər həbsxanadan qaçdı

Nigeriyanın Kodji ştatında naməlum şəxslərin həbsxanaya hücum etməsindən sonra 132 nəfər həbsxanadan qaçıb. "Həbsxanaya hücum zamanı 145 məhbus olub. Onlardan biri həlak olub, 8-i həbs olunub, 4 nəfər isə könüllü sürətdə polis əməkdaşlarına təslim olub. Qalan məhbuslar isə hazırda azadlıqdadır", - deyə ştatın qubernatoru Ceykob Edi bildirib.

Ehtimallara görə, həbsxanaya hücumu "Boko Haram" qruplaşmasının yaraqlıları həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə