Beynəlxalq Media Təhsili Proqramına start verildi

Beynəlxalq Media Təhsili Proqramına start verildi

Bu gün Türkiyənin Antalya şəhərində Beynəlxalq Media Təhsil Proqramı öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən TRT-nin Təhsil Departamentinin rəhbəri Məsud Erkan proqramla bağlı məlumat verib. O, qeyd edib ki, bu il digər illərdən fərqli olaraq proqrama 38 ölkədən iştirakçı qatılıb. Onun sözlərinə görə, 2009-cu ildə start verilən bu proqram artıq ənənə halını alıb. Burada dünyanın hər tərəfindən media nümyəndələri iştirak edir. O əminliklə deyib ki, bütün iştirakçılar Antalyada olduğu bir müddətdə gözəl təcrübələr əldə edəcək və bundan başqa maraqlı tətil günləri keçirə biləcəklər. Çıxışdan sonra isə TRT-nin video çarx vasitəsi ilə tanıtım filmi nümayiş olunub. Tanıtım filmində TRT-nin bütün bölmələrinin Türkiyədə və dünyada gördüyü işlər diqqətə çatdırılıb.

Daha sonra çıxış edən TRT-nin icraçı direktoru Şenol Gökay öz növbəsində çıxış edərək bildirib ki, 2009-cu ildən etibarən ənənə halını almış bu proqram uğurla davam etdirilir: "Belə ki, 2009-cu ildə keçirilən seminarda 28 ölkədən ümayəndə iştirak etmişdisə, bu il keçirilən proqqramda iştirak edən ölkələrin sayı 38-ə yüksəlib".

Sonda iştirakçılara öz tövsiyələrini çatdıran Ş.Gökay bu fikirləri ifadə edib: "Biz TRT olaraq, əvvələr də, bu gün də bizə qatılan iştirakçıları heç vaxt unutmadıq, gələcəkdə də unutmayacağıq. Ümid edirik ki, sizlər də bizi unutmayacaqsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə