Fransanın Nant və Tuluza şəhərlərində keçirilən aksiyalarda polis iştirakçılara rezin güllələrdən atəş açıb. Nəticədə bir çox aksiya iştirakçısı aldıqları güllə yaralarından ciddi xəsatərlər alıblar. SİA BBS-yə istinadən xəbər verir ki, Fransanın daha iki şəhərində də eyni hal yaşanıb. Belə ki, Lill, Bordo və Avenyo şəhərlərindəki aksiyaçılara rezin güllələrdən atəş açılmasa da onlara qarşı polis tərəfindən sərt müqavimət göstərilib və iştirakçıların bəziləri dəyənəklərdən aldıqları sərt zərbələrdən huşlarını itiriblər.
Aksiyalara səbəb isə 21 yaşlı ekololoji fəal Remi Fresin oktyabrın 27-də ölkənin cənub-qərbində yerləşən Tran departamentində "yaşılların" həmin ərazidə tikilən texniki tikililərə etirazı zamanı polis qəddarlığı ilə üzləşərək öldürülməsi olub. Həmin vaxt polis etirazçılara qarşı müqabimət göstərərkən səs qumbarası atıb və bunun nəticəsində 21 yaşlı fəal ekoloq həyatını itirib.
Ötən gün isə qarşıdurma nəticəsində beş nəfər aksiyaçı aldıqları güllə yaralarından xəstəxanaya aparılıb. Eyni zamanda üç nəfər polis də hadisələrdə yaralanıb. Artıq həbslər də həyata keçirilib. Nant şəhərində 21, Tuluzada isə 13 nəfər polis nəzarətinə götürülüb.
21 yaşlı Fres Fransa hüquq mühafizə orqanlarının 1986-cı ildən sonra öldürdüyü ilk aksiya iştirakçısıdır. Onun ölümü cəmiyyətdə ciddi rezonans doğurub. Fransanın hüquq müdafiəçiləri güc orqanlarını qəddarlıqda ittiham ediblər. Müxalifət isə Ollan hakimiyyətini hədəfə alıblar. "Yaşıllar" partiyasından olan parlamentari Noel Mamer isə deyib ki, hökumət bu tikintinin qarşısını almalıdır. Çünki qan üzərində tikilmiş istənilən obyekt xalq tərəfindən lənətlənəcək.
Maraqlidir ki, Fransa prezidenti Fransua Olland hadisə ilə bağlı sadəcə bundan üzüldüyünü deyib və bildirib ki, qətlinaraşdırılmasına şəxsən özü nəzarət edəcək.
Hüquq müdaiəşiləri isə Ollandın ölən gəncin ailəsinə başsağlığı belə vermədiyini deyirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB