Rumıniyada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkiləri keçirilir

Rumıniyada bazar günü dövlət rəhbərinin seçkiləri keçirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 9:00) açılıb. Prezident postuna 14 nəfər namizədliyini irəli sürüb.

IRES şirkəti tərəfindən oktyabrın 23-də keçirilən sorğunun nəticələrinə əsasən, baş nazir Viktor Ponta seçicilərin 43% səsini, onun əsas rəqibi isə Klaus Yohannis səslərin 30%-ni alacaq.

Birinci turda qalib gəlmək üçün namizədlərdən birinin ən azı 50% səs toplamaq lazımdır. Əgər bu baş verməsə, onda ikinci tur noyabrın 16-da keçiriləcək.

Səsvermənin ilkin nəticələri noyabrın 3-nə keçən gecə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə