Çin elmi-tədqiqat və geoloji-kəşfiyyat layihələrini genişləndirmək məqsədi ilə Antarktidada aeroport tikmək qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, plana əsasən gələcək hava limanı materikin şərq hissəsində, Çinin ikinci tədqiqat stansiyası "Çjunşan"ın yaxınlığında yerləşəcək.
Bu ilin aprelində başa çatmış növbəti ekspedisiya zamanı tədqiqatçılar Antarktidada Çinin dördüncü elmi stansiyası olan "Tayşan"ı qurublar. Eyni zamanda, çinli tədqiqatçılar beşinci qütb stansiyasının qurulmasına da hazırlıq görürlər. Çin Antarktidada 1984-cü ildən tədqiqatlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB