Şimali Koreya ballistik raket daşıyan gəmi tikir

Şimali Koreya ballistik raket daşıyan gəmi tikir

Qərbin hərbi mənbələri bildirir ki, Şimali Koreya dizellə çalışan "Golf" sualtı qayığı alıb və onun təkmilləşdirilməsi üzərində işləyir. SİA itar-tass-a istinadən xəbər verir ki, Cənubi Koreyanın "renxap" agentliyinin bildirdiyinə görə, artıq bu prosesə başlanılıb və sualtı qayıq ballistik raketlərlə təmin olunacaq. Eyni zamanda billdirilir ki, "Golf" submarinası 1958-ci ildə SSRİ-də istehsal olunub və 1990-cı ilə qədər sularda üzüb. "Golf"un çəkisi 3 min ton, uzunluğu 67 metr, eni isə 6,6 metrdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə