2016-cı ilin iyun ayında istifadəyə verilməsi planlaşdırılan İsveçrədəki Qotard tunelində işlər başa çatmaq üzrədir. Euronews telekanalı xəbər verir ki, uzunluğu 57 kilometr olan bu tunel dünyanın ən uzun tunelidir. Hazırda tunelin divarlarının möhkəmləndirilməsi və kommunikasiya xətlərinin qurulması istiqamətində işlər gedir.
Qotard tunelində sərnişin qatarları saatda 250 kilometr sürətlə hərəkət edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə