Arseni Yatsenyuk Pyotr Poroşenkoya qalib gəlir
Oktyabrın 26-da Ukraynada Ali Radaya vaxtından qabaq seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasında elektron bülletenlərin 99,9 faizi hesablanıb. Səslərin hesablanması nəticəsində alınan son məlumata görə, indiki baş nazir Arseni Yatsenyukun "Xalq Cəbhəsi" səslərin 22,14 faizini, prezidentin "Pyotr Poroşenko Bloku" – 21,82 faizini, Lvovun meri Andrey Sadovının "Samopomoş" birliyi – 10,97 faizini, keçmiş regional Yuri Boykonun "Müxalifətçi bloku" – 9, 42 faizini, Oleq Lyaşkonun "Radikal partiyası" – 7,44 faizini, Yuliya Timoşenkonun "Batkivşina" ("Vətən") Ümumukrayna birliyi -5,68 faizini toplayıblar.
15 742 602 ukraynalının səsi hesablanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB