BMT İnsan Haqları Komitəsi İranda qadınlara qarşı ayrı seçkicilik, jurnalistlərin və insan haqları müdafiəçilərinin tutulması və ölkədəki edam cəzaları haqqında şübhələrin artdığını ifadə edib. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, İrandakı insan haqları vəziyyətinin periodik olaraq nəzərdən keçirilməsi ilə bağlı BMT İnsan Haqları Komitəsində keçirilən tədbirə qatılan ölkə təmsilçilərinə qarşı bu ölkədə qadınlara qarşı ayrı seçkiciliyin olunması, jurnalistlərin və insan haqları müdafiəçilərinin və ölkədəki edam cəzaları haqqında şübhələrini dilə gətirib. Tədbirdə çıxış edən İran Yüksək Məhkəmə Qurumunun İnsan Haqları üzrə baş rəhbəri Məhəmməd Cavad Laricanı ölkədəki insan haqları vəziyyətinin gözdən keçirmək üçün xüsusi reportyorun işə başlamasını siyasi, seçici və adil olmayan bir iş olduğunu deyib. Laricani xüsusi nümayəndənin İrana göndərilməsinin insan haqlarının bünövrəsinin dəstəklənməsinə zidd olduğunu ifadə edib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Komitəsinin İran üzrə xüsusi nümayəndəsi Əhməd Şahid 2011-ci ildə ölkədəki insan hüquqlarının pozulmasını müşahidə etmək üçün təyin edilmişdi. Əhməd Şahid verdiyi açıqlamada İranda insan hüquqlarının son bir ildə daha da pisləşməyə doğru getdiyini bildirərək, bu vəzifəyə gətirildikdən bu günə qədər keçən 3 il 6 aylıq bir müddətdə İranın ölkəyə giriş icazəsi vermədiyini ifadə etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB