Erməni daşnaklarının Türkiyədən HƏYASIZ TƏLƏBİ

“Van, Bitlis, Trabzon, Qars və Ərdəhan Ermənistana birləşdirilsin!”
Erməni daşnaklarının Türkiyədən HƏYASIZ TƏLƏBİ

Erməni Daşnak Partiyası (Ermənistan İnqilabçı Federasiyası-red.) qondarma erməni soyqırımının 100 illiyində yenidən həyasızlıq siyasətinə əl atıb. Belə ki, erməni daşnakları Türkiyənin beş vilayətini bu ölkədən tələb edib. SİA Erməni Daşnak Partiyasının ABŞ-da fəaliyyət göstərən repair saytına istinadən xəbər verir ki, birləşmiş ştatların Montebello şəhərində təşkil olunan ümumi yığıncaqda daşnak nümayəndələri Türkiyənin Van, Bitlis, Ərzurum, Trabzon, Qars və Ərdəhan vilayərlərinin bu ölkədən ayrılaraq, Ermənistana verilməsi tələbini irəli sürüblər. Eyni zamanda, Daşnak partiyasının Qərbi Amerika Bürosu 49-cu regional Konqresdə bəyanat qəbul etdiklərini, bunun üçün partiyanın fəaliyyət planının təsdiq edildiyini bildirib. Erməni daşnakları bu iddialarından geri dönməyəcəklərini də həyasızcasına bəyan ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə