Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İraq ordusuna və kürd silahlılarına verdiyi silahların hamısının İŞİD-in əlinə keçdiyini bəyan edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident açıqlamasının ardından bu vəziyyəti anlamaqda çətinlik çəkdiyini dilə gətirib. Ərdoğan hazırda ələ keçirilən silahlarla İraqın 40 %-nin işğal edildiyini deyib.
Bundan başqa Türkiyə prezidenti Suriyada Əsəd rejiminin vətəndaşlarına qarşı istifadə etdiyi kimyəvi silahlara qarşı dünya ölkələrinin fərqli münasibət bəslədiyinə də diqqət çəkib: "Bu qətliamda istifadə olunan kimyəvi silahlarla dünyanın başqa yerində istifadə olunan arasında fərq qoyulmamalıdır. Bu silahları yığışdıra bilərsiniz, bunu təşviq edə bilərsiniz, o fərqli bir məsələdir. Əgər kimyəvi silahdan istifadə edilirsə oradakı dövlət terrorçu, onu dəstəkləyən hər kəs də terrorçudur. Hazırda ortalıqda bir terrorçu dövlət var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB