Kerri: “İraq Kürdüstanının müstəqil dövlət kimi tanınması mümkün deyil”
ABŞ-ın dövlət katibi Con Kerri hesab edir ki, İraq Kürdüstanının müstəqil dövlət kimi tanınması İraqın parlament koalisiyasını parçalaya bilər. SİA xəbər verir ki, Kerri bu sözləri "PBS" telekanalına müsahibəsində deyib. "Xeyr, indi zamanı deyil. Dəqiq olaraq bildirirəm ki, müxtəlif səbəblərə görə, bu işi reallaşdırmağı vaxtı çatmayıb"-deyə qeyd edən dövlət katibinin hesab etdiyinə görə, İraq Kürdüstanının lideri Məsud Bərzani də bunu anlayır: "Düşünürəm ki, Bərzani də bunu başa düşür. Çünki Bğadadda İraq parlamentinin koalisiyasının yaradılmasında bu ölkənin kürd kəsimi də yaxından iştirak edib. Onlar yaxşı başa düşürlər ki, "İslam Dövləti" (İD) ilə mübarizədə vahid şəkildə işştirak etmək lazımdır".
Məhz bu baxımdan, Amerika diplomatiyasının şefi eynilə belə qənaətə gəlib ki, əgər İraqda Kürdüstan dövlətinin müstəqilliyi tanınsa, bu ölkənin koalisiya şəklində fəaliyyət göstərən qanunvericilik orqanında ciddi parçalanmalar yaşana bilər.
Qeyd edək ki, İraq Kürdüstanı (qeyri rəsmi adı Kürdüstan Muxtar Rayonu (KMR)-red.) geniş muxtariyyət statusuna sahib olan bölgə kimi ölkə konstitusiyasında da qeyd edilib. İraq Kürdüstanında kürdələr, türmanlar, assuriyalılar, suriyalılar, haldeylər və s. millətlər yaşayır. KMR-in əhali sayı 4 milyonu əhatə edir.
2014-cü ildən başlayaraq, kürd silahlıları İraq höküməyinə və koalisiya qüvvələrinə dəstək olaraq İD-ə qarşı döyüşür.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB