Braziliya İsveçdən qırıcı təyyarələr alacaq

Braziliya İsveçdən qırıcı təyyarələr alacaq

İsveçin "Saab" müdafiə konserni ilə Braziliya hökuməti arasında bu ölkənin hərbi hava qüvvələri üçün "Jas 39 Gripen" tipli 36 qırıcı təyyarənin satılması barədə müqavilə imzalanıb. Dəyəri təqribən 39,3 milyard İsveç kronuna bərabər (5 milyard dollardan çox) olan bu sifarişə görə Braziliya öz hərbi hava qüvvələri üçün texniki göstəriciləri təkmilləşdirilmiş yeni tipli "Gripen NG - next generation" (yeni nəsil) qırıcı təyyarələr alacaq. Təyyarələrin Braziliyaya göndərilməsi 2019-cu ildə başlanacaq və 2024-cü ilə qədər davam edəcək.

Lakin ixracla bağlı bu əqdin həyata keçirilməsi üçün "Saab" konserni İsveçin hakimiyyət orqanlarından bir sıra icazə sənədləri almalıdır. İlkin məlumata görə, ölkənin hakimiyyət orqanlarından bütün zəruri icazələr 2015-ci ilin birinci yarısında alınacaqdır.

Xatırladaq ki, həmin müqaviləyə əsasən İsveç ilə Braziliya arasında sənaye sahəsində əməkdaşlıq da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə