Bolqarıstanın bir çox regionlarına güclü qar yağması nəticəsində yollar bağlanıb, elektrik xətləri qırılıb. Ölkənin cənub-qərb regionlarında qırmızı kod təhlükə dərəcəsi elan olunub.
Sofiyanın ətrafındakı regionlarda, Samokova və Troyan şəhərlərində 33 min ailə elektrik enerjisiz qalıb. Varna limanı güclü külək səbəbindən bağlanıb və gəmiləri qəbul etmir.
Təbii fəlakətlə əlaqədar Bolqarıstann Daxili İşlər Nazirliyində operativ əməliyyat qərargahı yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB