Məktəbə silahla hücum edilib 2 ölü, 4 yaralı

Məktəbə silahla hücum edilib 2 ölü, 4 yaralı

Amerikanın paytaxtı Vaşinqtonda məktəbə silahlı hücum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum zamanı atəş açan tələbə özünü və digər bir tələbəni öldürməklə yanaşı, 4 tələbəni ağır yaralayıb. Merisvil polisindən verilən açıqlamada, Sitl şəhərinin şimalındakı Merisvil Pilhak litseyindəki silahlı hücumu Jaylen Friberg adlı tələbənin törətdiyi bildirilir. Məktəbin yeməkxanasına silahla daxil olan tələbə 5 tələbəni hədəfə alaraq atəş açıb, daha sonra tələbə intihar edib. Bir qız tələbənin öldüyü, digər 4 tələbənin vəziyyətinin ağır olduğu açıqlanıb.

Qeyd edək ki, Friberqin tələbələri atəşə tutmadan əvvəl heç bir söz danışmadığı bildirilir. Lakin tələbənin hücum səbəbləri ilə bağlı heç bir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə