“Star”ın uzunluğu 131 metr, hündürlüyü isə 61 metrdir
500 milyonluq yaxta FOTOLAR

İqnor Lobanovun dizayn etdiyi "Star" yaxtası həvəskarları heyran qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mükəmməl dizaynı ilə hər kəsi təəccübləndirən "Star" 500 milyon dollara satılacaq.

İlk baxışdan aysberqi xatırladan "Star"ın istehsalına başlanılmasa da görünüşü ilə yaxta həvəskarlarının diqqətini özün cəlb edə bilib.

"Star"ın uzunluğu 131 metr, hündürlüyü isə 61 metrdir.

Özəl yaxta olaraq hazırlanan "Star" tutumu ilə üzən otel xatırladır.

"Star" gündüzlər 200, gecələr isə 35 nəfəri qonaq etmə qabiliyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə