Türkiyədə “sarı toz” panikası

Türkiyədə “sarı toz” panikası

Ötən gün Türkiyədə qeyri-adi hadisə qeydə alınıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kanada, Belçika və Almaniya Konsulluqlarının qabağında naməlum sarı toz aşkar edilib. Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir ki, hər 3 ölkənin Konsulluğuna qoyulan sarı tozla bağlı 16 nəfər karantinə alınıb.

Məlumata görə, 10 nəfər Kanada, 4 nəfər Belçika, 2 nəfər isə Almaniya Konsulluğundan nəzarət altına alınıb. Hər hansı xəstəliyə yoluxma riski ilə bağlı olaraq bu şəxslər Dr. Sadi Konuk EAH İnfeksiya Xəstəlikləri və Klinik Mikrobiologiya Klinikasında nəzarət altında tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə