Misir matəmə büründü

Misirin şimalındakı Sina şəhərində mühafizə olunan ərazi bombalanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə ölənlər üçün ölkə daxilində 3 günlük matəm elan edilib. Ölkə daxilində matəmi prezident Abdulfəttah əs – Sisi qərarnamə imzalayaraq elan edib. Milli Təhlükəsizlik Komitəsi prezident Sisinin rəhbərliyi ilə toplantı keçirib. Tədbirdə hücum zamanı həyatını itirənlərin intiqamının alınacağı bildirilib. Toplantıdan sonra elan edilən açıqlamada, fərqli yerlərdə qeydə alınan hücumlarda həyatını itirənlərin ailələrinə başsağlığı verilib. Digər tərəfdən Misirin dini rəhbəri, siyasi partiyalar və digər qruplar tərəfindən də hücum qınanılıb.

Qeyd edək ki, Misirin Şimal Sina şəhərində mühafizə nöqtəsinə olunan hücumda 26 nəfərin həyatını itirdiyi, 28-dən çox vətəndaşın isə yaralandığı qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə