Avropa Birliyi dövlət və hökumət başçıları enerji və maliyyə məsələləri ilə bağlı Belçikanın paytaxtında bir araya gəlir. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Brüsseldə 2 gün davam edəcək zirvədə liderlərin gündəmində enerjidə 2030 hədəfləri var. Avropa Birliyi Komissiyası "karbondioksid emissiyası"nın 1990-cı ildəki göstəricisini aşağı salmaq üçün addımlar atacaq. Atılacaq addımlarla "emissiya" həcminin 2030-cu ildə 40 % azaldılması hədəflənir. Bərpa olunan enerji payının 27 %-ə yüksəldilməsi və enerjiyə 30 % qənaət edilməsi gündəmdə olacaq. Bundan başqa konfransda kömürdən böyük ölçüdə istifadə edən Polşanın Şərqi Avropa ölkələrindən və İngiltərədən enerji əməkdaşlığından əl çəkərək sərt addımlar atması məsələsinin də yumşaldılması gözlənilir. Enerjidə Rusiyadan asılılığını azaltmaq istəyən Avropa Birliyi Ukrayna böhranı ilə bağlı təbii qaz tədarükündə problem yaşanacağından şübhələnir. Ukraynanın Rusiyaya olan 2 milyard dollarlıq kredit borcu məsələsinin də bu zirvədə həlli maraq doğurur. Bundan başqa, enerji ilə bağlı maliyyə vəziyyəti və Ebola virusu ilə mübarizə də gündəmin əsas mövzusu olacaq.
Məlumat üçün bildirək ki, Avropa Birliyi dekabrın əvvəlində Lima şəhərində, gələn il isə Parisdə bir yerə gələcək. Komissiya bu səbəblə də iqlim dəyişkənliyi konfransı ərəfəsində işlərini daha da sürətləndirmək niyyəti ilə hazırki konfransı təşkil etməkdədir.
Enerji zirvəsinə qoşularkən mətbuat konfransı keçirən Almaniyanın baş naziri Angela Merkel müzakirələrin asan olmayacağını və nəticənin əldə edilməsi ilə bağlı fikir bildirməyin hələ ki, tez olduğunu ifadə edib.
Fransa Prezidenti Fransua Olland isə Brusseldə keçirilən konfransda hər hansı anlaşmanın əldə edilməyəcəyi təqdirdə heç bir ölkə ilə fikir birliyi əldə edilə bilməyəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB