Uşaq hüquqları fəalı, Nobel Sülh mükafatının ən gənc qalibi Malala Yusufzay oktyabrın 22-də ABŞ Azadlıq medalını qəbul edib. Malala 100 min dollarlıq mükafatı vətəni Pakistanda təhsilə xərcləyəcəyini deyib.
Qeyd edək ki, bu mükafatı Milli Konstitusiya Mərkəzi təqdim edir. Qurum bildirib ki, mükafat Yusufzaya "çətinliklərə qarşı göstərdiyi cəsarət və müqavimət"ə görə verilib. 17 yaşlı Malala çıxışında məktəbə getməyən 57 milyon uşağa təhsil haqqının tanınması arzusunu dilə gətirib.
Malala hazırda Londonda yaşayır. Pakistanda qızların təhsili uğrunda kampaniya ilə tanınıb. 2012-ci ilin oktyabrında Taliban silahlıları onu başından güllələyib. 2014-cü il Nobel Sülh mükafatı da Malala və hindistanlı uşaq hüquqları müdafiəçisi Kaylash Satyarthiyə verilib.
17 yaşlı pakistanlı Nobel mükafatı laureatı xanım Malala Yusifzay ABŞ prezideti Barak Obmaya səslənib. O, deyib: "ABŞ prezidenti dünya ölkələrini silahlandırmaqdan əl çəkərsə, dünyanı dəyişə bilər. Yaxşı olardı cənab Obama dünyanı silahlandırmaq əvəzinə onlara kitab göndərəydi və dəyişikləri bu üsulla həyata keçirərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB