Tierri Demarre “Total” şirkətinin yeni prezidenti seçilib

Tierri Demarre “Total” şirkətinin yeni prezidenti seçilib

Oktyabrın 22-də Fransanın nəhəng neft şirkəti "Total"ın yeni prezidentinin seçkisi ilə əlaqədar Direktorlar Şurasının yığıncağı keçirilb. Müəyyən vaxtlarda "Total"-ın prezidenti vəzifəsində çalışmış və sonralar fəxri prezident olmuş Tierri Demarre yekdilliklə şirkətin yeni prezident seçilib.
Qeyd edək ki, şirkətin prezidenti Kristof de Marjerin oktyabrın 21-də Moskvanın "Vnukovo" hava limanında baş verən təyyarə qəzası zamanı həlak olub.

Yığıncaqda şirkətin Saflaşdırma-Kimya qolunun rəhbəri Patrik Puyanne isə baş direktor vəzifəsinə seçilib.

Xatırladaq ki, ölkənin aparıcı şirkətlərindən biri olan "Total" 1924-cü ildə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə