Beynəlxalq Kredit Qiymətləndirmə qurumu "Moody`s" Rusiyanın kredit qiymətini "Baa2" səviyyəsinə düşürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Moody`s" Rusiyanın kredit səviyyəsinə mənfi rəy verib. Qurumdan verilən açıqlamada Rusiyanın qiymətinin "Baa1" sıralamasından "Baa2"-yə endirildiyi ifadə edilib. Buna səbəb, Rusiyanın Ukraynadaki gərginlikdən sonra iqtisadi böhran və beynəlxalq təzyiq altında qalması göstərilib. Sərmayələrin ölkədən çıxışı, rus borclularının beynəlxalq bazarlara çıxışının qarşısının alınması və neftin qiymətinin düşməsi kimi səbəblər ölkənin birja ehtiyatındakı geriləməni artırır. "Moody`s" Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bundan sonra da davam etdiriləcəyini proqnozlaşdırır. Vəziyyətin belə davam edəcəyi təqdirdə ölkəyə istehlakçılar və sərmayədarların inamı qalmayacağı vurgulanır. Bundan başqa, 2015-ci ilin yay aylarına qədər Rusiya iqtisadiyyatında geriləmənin başlayacağı təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB