Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduqları vilayətlərdə ayrılıb. Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.
Türkiyədəki hava limanlarında Ebola virusunun aşkar olunduğu ölkələrin vətəndaşları yoxlanılacaq.
Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan 4447-si ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB