Qahirənin mərkəzində, Ali Məhkəmənin binası yaxınlığında əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 12 nəfər xəsarət alıb. Zərərçəkənlərin üçü ağır vəziyyətdədir. Yerli KİV-lərin Misir Daxili İşlər Nazirliyinin məlumatına istinadla yaydıqları informasiyaya görə, bomba məhkəməni əhatə edən hasarın dibinə qoyulub.
Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının nümayəndələri işləyirlər. KİV-lərin ehtimallarına görə, son vaxtlar Misirdə törədilən partlayışların arxasında 2013-cü ilin iyulunda hakimiyyətdən kənarlaşdırılmış sabiq prezident Məhəmməd Mursinin tərəfdarları dayanır.
Misir paytaxtında sonuncu terror aktı sentyabrın 21-də bu ölkənin Xarici İşlər Nazirliyinin binasının yaxınlığında baş verib, nəticədə üç polis həlak olub və təqribən on nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB